DİN: Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb
Digər xəbərlər

DİN: Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Martın 18-də polis əməkdaşları silah və sursatların aşkarlanması üçün Xankəndi şəhərində əməliyyat keçiriblər.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat nəticəsində 4 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, müxtəlif çaplı 805 patron, 6 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Martın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 2 patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.