Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini saxtalaşdırmağa çalışması ilə bağlı ittihamlara cavab vermək üçün bu gün federal məhkəmə qarşısında çıxış edəcəyi gözlənilir.
“Respublika” "Euronews"a istinadən xəbər verir ki, Donald Trampın 2024-cü ildə yenidən seçki kompaniyasına qoşulması üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılmaması, rəsmi olaraq nəzarətə götürülməməsi və azad edilməzdən əvvəl hakim qarşısında təqsirsiz olduğunu bəyan etməsi lazımdır.
Qeyd edək ki, 6 yanvar 2021-ci ildə onun tərəfdarları prezident səlahiyyətlərinin Co Baydenə dinc yolla ötürülməsinin qarşısını almaq üçün hökumət binalarına basqın etmişdilər.
Nurlan ABDALOV,
"Respublika".