Ekofəallar tələblərində israrlıdırlar
Digər xəbərlər

Ekofəallar tələblərində israrlıdırlar

Ekofəalların mübarizəsi bu gün davam edir. Aksiyaçılar öz haqlı tələbləri yerinə yetənə kimi mübarizələrində israrlıdırlar. Onların tələbləri dəyişməz olaraq qalır, müxtəlif dillərdə şüarlar səsləndirərək dünya ictimaiyyətini ekoloji terrora son qoymağa, haqsızlığa göz yummamağa çağırırlar. Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismar edən ermənilərin bu əməlləri kəskin şəkildə pislənilir beynəlxalq təşkilatların məsələyə münasibət bildirməsi tələb olunur.

"Qızılbulaq" qızıl   "Dəmirli" mis-mobilden yataqları uzun illərdir Ermənistan tərəfindən istismar edilir. İşğal dövründə düşmən sərvətlərimizi talamaqla bərabər, həm təbiətimizə qarşı terror törətmişdir. Ermənilər Qarabağın sıx meşə örtüklərini kəsərək, yandıraraq məhv etmişlər. Yeraltı sərvətlərimizi qanunsuz olaraq talayıb, bir çox xarici dövlətlərə satmışlar. Onlar bu qanunsuz fəaliyyətləri ilə "Bioloji müxtəliflik", "Ramsar" "Bern" beynəlxalq konvensiyalarının tələblərini pozmuşlar. Elə bu səbəbdən , ekofəallar beynəlxalq qurum təşkilatları bölgəyə dəvət edərək ermənilər tərəfindən törədilən ekoloji terroru gözləri ilə görməyə çağırırlar. Ötən müddət ərzində Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan digər ölkələrin mətbuat orqanları tərəfindən məsələ işıqlandırılsa da, hələ ki, heç müsbət bir nəticə yoxdur.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl edilən aksiya yerində bu vaxta kimi heç bir insident baş verməmişdir. Aksiya iştirakçıların yüksək əhvali-ruhiyyəsi ilə davam edir. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Bütün gün Laçın-Xankəndi yolunda hər iki istiqamətdə Rusiya sülhməramlılarına Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edir. Düzdür, ermənilər bütün dünyaya car çəksələr ki, guya ərazi xüsusilə Xankəndi ekofəllar tərəfindən blokadaya alınıb, bu tamamilə səhv əsassızdır. Çünki əraziyə nəzarət edən Rusiya sülhməramlılarıdır. Ekofəallar isə sadəcə bəlli bir nöqtədə davamlı olaraq öz mübarizələrini aksiyalarını davam etdirirlər.

Bütün dünyada ekoloji terrora qarşı mübarizə ilə bağlı çağırışların səslənməsinə, Avropada təbiətin qorunmasına diqqətlə yanaşılmasına baxmayaraq, Azərbaycanın təbii sərvətlərinin talanmasına biganəlik soyuq münasibət hələ davam edir. Hansı ki, mütəxəssislər iqlim dəyişikliyi ilə bağlı həyəcan təbili çalaraq təbiəti qorumağı bütün dünyaya tövsiyə edirlər. Ancaq Azərbaycanın 30 il işğal altında qalan təbiətinin məhv edilməsinə susurlar. Əslində, Qarabağda törədilən ekoloji terror dolayısı ilə bir çox xarici ölkələrin işinə yarayırdıÇünki təkcə Zəngilandakı "Vejnəli" qızıl yatağını ekoloji fəlakət zonasına çevirən ermənilər qanunsuz yolla çıxardıqları qızılı xarici ölkələrə sataraq milyonlar qazanmışlar

Hələ 2022-ci il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bunlardan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin bölgədə olan sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamışdır. Bunun da nəticəsi olaraq Azərbaycanın QHT təmsilçiləri gənc ekofəalları ötən il dekabr ayının 12-dən Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlamışlar. Artıq ekofəalların etiraz aksiyası 115 gündür davam edir.

Ramidə YAQUBQIZI,

"Respublika".