Əldə olunan nəticələr təqdirəlayiqdir
Siyasət

Əldə olunan nəticələr təqdirəlayiqdir

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşünün keçirilməsi onu göstərir ki, 19 aprel tarixində əldə olunmuş razılığa uyğun təmaslar davam etdirilir.

Bu xüsusda qeyd etməliyik ki, doqquzuncu görüşün nəticəsi olaraq imzalanan protokol da mühüm əhəmiyyətə malikdir. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə əsasən sərhədlərin müəyyənləşdirilməsi bu gün əsas hədəfdir. Növbəti görüş iyul ayında  nəzərdə tutulur. Ən önəmli məqam isə ondan ibarətdir ki, görüşlər heç bir vasitəçi olmadan keçirilir və kənar geosiyasi güc mərkəzləri bu görüşlərin nəticələrini qəbul edir və dəstək verir.

Sonuncu dəfə BMT-nin baş katibi tərəfindən verilən ismarıclar da onu göstərir ki, bu görüşlər beynəlxalq hüquqa əsaslanır, tərəflər arasında etimadı gücləndirir. Sərhəd komissiyaları arasında baş tutan iclaslar, həmçinin sülh prosesinin tərkib hissəsidir. Əminəm ki, sülh müqaviləsinin imzalanması yönündə bu görüşlər çox əhəmiyyətli olacaq.

İlyas HÜSEYNOV,

politoloq.