ƏMDX-də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş
Digər xəbərlər

ƏMDX-də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində(ƏMDX) ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib. Məqsəd əməkdaşlığın genişləndirilməsi, torpaq və əmlak idarəçiliyi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin müzakirəsi idi.

Görüşdə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hazırlanan yeni qanun layihəsi, torpaqların səmərəli istifadəsi, xidmətlərin elektronlaşdırılması, daşınmaz əmlakın qeydiyyatı prosedurunun sadələşdirilməsi, dövlət əmlakının icarəsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Vətəndaş cəmiyyəti institutları təmsilçilərinin, ekspertlərin təklifləri dinlənilib.

Nəriman   CAVADOV,

“Respublika”.