Ermənistan üç ildir ki, mina xəritələrini Azərbaycana verməkdən imtina edir
Gündəm

Ermənistan üç ildir ki, mina xəritələrini Azərbaycana verməkdən imtina edir

Ermənistan üç ildir ki, mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Burada əsas məqsəd daha çox vətəndaşımızın xəsarət alması və ya sağlamlığını itirməsindən, həmçinin vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışını ləngitməkdən ibarətdir.

Ermənistan tərəfindən xəritələrin böyük bir hissəsi Azərbaycana verilsə də, onların dəqiqlik faizi çox aşağı olub. Odur ki, bundan sonrakı müddətdə Ermənistanın Azərbaycana minalanmış sahələrin dəqiq xəritələrini, formulyar və pasportlarını verəcəyini real hesab etmirəm. Minalanmış əraziləri Ermənistanın dəqiq xəritələri olmadan da həm güc strukturlarının mühəndis istehkam bölmələri, həm də ANAMA tərəfindən ərazilərimizin təmizlənməsini davam etdiririk. Amma bu proseslər təbii ki, dəqiq xəritələr olmadan kifayət qədər ləng gedir.

Bu istiqamətdə atacağımız addımlar mina təhlükəsini gec-tez aradan qaldıracaqdır. Bununla yanaşı, minalanmış sahələrin təmizlənməsi, minalardan xəsarət alan vətəndaşlarımızın müalicə ödənişlərinə çəkilən xərclər və s. nəzərə almaqla, Ermənistana qarşı kompensasiya ödənişi barədə iddialar qaldırmalıyıq.

Ədalət VERDİYEV,

hərbi ekspert.