Fərid Şəfiyev: Azərbaycanın yeni reallıqlar yaratması bəzi dövlətləri çox narahat edir
Gündəm

Fərid Şəfiyev: Azərbaycanın yeni reallıqlar yaratması bəzi dövlətləri çox narahat edir

Azərbaycanın yeni reallıqlar yaratması bəzi dövlətləri çox narahat edir. Bizim nailiyyətlərimiz artıq göz önündədir. Dünyada tanınan alimlər Azərbaycana gəlmək üçün özləri bizə müraciət edirlər.

"Respublika" xəbər verir ki, bu fikirləri "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfransla əlaqədar martın 5-də təşkil edilən mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

BMTM-in rəhbəri bildirib ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı kimi dövlətlər Azərbaycanla münasibətlərə olduqca maraqlıdır. Biz məhz həmin və digər müsəlman ölkələrin nümayəndələrindən ibarət bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıracağıq.