FHN: Ötən sutka ərzində 61 halda yanğına çıxış olub
CƏMİYYƏT

FHN: Ötən sutka ərzində 61 halda yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

FHN-in mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas olunub, 2 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib.