Gəncə sakinlərinin istirahəti diqqət mərkəzindədir
Digər xəbərlər

Gəncə sakinlərinin istirahəti diqqət mərkəzindədir

Zəngin tarixi  adət-ənənələri özündə əks etdirən qədim Gəncə şəhərinin qonaq-qaralı vaxtlarıdır... Bu baxımdan, hələ yazdan Gəncə  şəhərində  genişmiqyaslı abadlıq, quruculuq, təmir-bərpa, təmizlik işləri aparılıb, yaşıllıq zonalarının salınması genişləndirilib, sakinlərin istirahəti üçün maksimum şərait yaradılıb.

“Respublika” xəbər verir ki, artıq Gəncədə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) Gülçülük və Tingçilik təsərrüfatında yerli aqronomların yetişdirdiyi gül, kol və ağac tingləri ilə bəzədilib.

Demək olar ki, şəhər gül-çiçəyin içindədir. Gəncədə olan  14 park və xiyaban demək olar ki, sakinlərlə dolu olur. Möhtəşəm Heydər Əliyev Park Kompleksi sakinlərin seyrangahına çevrilib. Cəmiyyətin  həssas, kövrək zümrəsi, zərif bir çiçəyi olan balaca fidanlar üçün yaradılmış  uşaq əyləncə mərkəzləri demək olar ki, gecəyə qədər xidmət edir.

Bu il yay mövsümünün isti və quraq günləri nəzərə alınaraq, Gəncə şəhərində mövcud yaşıllıqların suvarılmasına və aqrotexniki qulluq göstərilməsinə diqqət daha da artırılıb. Bu məqsədlə, şəhər MKTİB-nin müvafiq şöbələri tərəfindən hazırda prospektlərdə, küçələrdə, yol kənarlarında, park və istirahət mərkəzlərində mövcud yaşıllıq zolaqları su çiləyici maşınları vasitəsilə gün ərzində suvarılması təmin edilir, mövcud su xəttləri bərpa edilərək istifadəyə yararlı hala gətirilir. Bir sözlə, sakinlərin və qonaqların istirahəti üçün şəhərin bütün xidmətləri fasiləsiz fəaliyyətdədir.

Zabit XƏLİLOV,

“Respublika”.