Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir
Digər xəbərlər

Hərbi Prokurorluğun Ulu Öndərin 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir

Hərbi Prokurorluğun Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi silsilə tədbirlər davam edir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Yevlax rayonunda yerləşənNsaylı hərbi hissədə Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhidlərin əziz unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Hərbi Prokurorluğun İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov əvvəlcə Baş prokuror Kamran Əliyevin Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Bundan sonra həmin şəxslər, eləcə hərbçilər müstəqillik yolumuzu firavan gələcəyimizi işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli mənalı ömründən, çoxşaxəli zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxış edənlər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Ülvi QARAYEV,

Respublika”.