KOBİA-nın portalından faydalanma imkanları
Digər xəbərlər

KOBİA-nın portalından faydalanma imkanları

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa çağırır.  

KOBİA-nın mətbuat xidmətinin verdiyi məlumata görə, hazırda portalda investisiya yatırılmasını gözləyən 100-dən çox biznes ideya və hazır layihə mövcuddur. Portalda yerləşdirilmiş layihələrin 58-nin Bakı şəhəri və Abşeron rayonu ərazisində, 43-nün isə regionlarda həyata keçirilməsi nəzərdə tutulur.

İnvestorlar bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edəcək, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərmiş olacaqlar. Eyni zamanda investorlar onları maraqlandıran sektorları qeyd etməklə öz investisiya təkliflərini portalda yerləşdirə və biznes layihələrin müəlliflərindən təkliflər ala bilərlər.

“Respublika”.