Hikmət Hacıyev:
Gündəm

Hikmət Hacıyev: "Ermənistanın göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib"

""Pullar danışır" seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Res.”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib".

"Respublika" xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz rəsmi sosial media hesabında paylaşım edərək bildirib. 

Hacıyev qeyd edib ki, biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi (Anders Foq Rasmussen – red.) təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir: "Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlərdən vaz keçmək çətindir!

Amma narahat edən məqam odur ki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən "Kontekst" proqramında. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır”, - o qeyd edib.

Prezident köməkçisi NATO-nun sabiq başçısının hansı mənbələrdən gəlir aldığına dair bəyannaməni də paylaşımına əlavə edib.