İran hüquq müdafiəçisi Narges Mohammadi Nobel Sülh mükafatına layiq görüldü
Gündəm

İran hüquq müdafiəçisi Narges Mohammadi Nobel Sülh mükafatına layiq görüldü

İran hüquq müdafiəçisi Narges Mohammadi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

"Respublika" xəbər verir ki, Nobel Komitəsi oktyabrın 6-da İran hüquq müdafiəçisi Narges Mohammadinin Nobel Sülh mükafatına layiq görüldüyünü elan edib.

Qeyd edək ki, o, “qadın əsarətinə qarşı mübarizəsinə”, eləcə də “hamı üçün insan hüquq və azadlığını təşviq etdiyinə” görə bu mükafata layiq görülüb.