İraqın Ali İslam Şurasının prezidenti Humam Hammudidən
Məktublar

İraqın Ali İslam Şurasının prezidenti Humam Hammudidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyur, Azərbaycan Respublikasına və xalqınıza davamlı tərəqqi, yüksəliş və rifah arzu edirik.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin sülh, təhlükəsizlik, sabitlik və firavanlıq zəminində gücləndirilməsi əzmində olduğumuzu bildiririk.

Hörmətlə,

Humam HAMMUDİ,

İraqın Ali İslam Şurasının Prezidenti.