Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan
Məktublar

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının əldə edilmiş nailiyyətlər əsasında gələcək sosial-iqtisadi inkişafı üzrə mühüm və məsuliyyətli fəaliyyətinizin davamlı olmasını və Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqaməti də daxil olmaqla, yeni təşəbbüs və layihələrin həyata keçirilməsini arzulayıram.

Sizə möhkəm cansağlığı, uğurlar diləyirəm.

Hörmətlə,

Andrey BOÇAROV,

Rusiya Federasiyası Volqoqrad

vilayətinin qubernatoru.