KOBİA Türkiyənin müsbət təcrübəsindən yararlanıb
İqtisadiyyat

KOBİA Türkiyənin müsbət təcrübəsindən yararlanıb

Ankara şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Agentliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DEİK-in sədr müavini Erdal Eren imzalayıblar.

KOBİA nümayəndələri hər iki ölkənin rəsmi şəxslərinin və iş adamlarının iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda da iştirak ediblər. Qeyd olunub ki, indiyədək KOBİA ilə Türkiyənin müvafiq qurumları arasında 11 anlaşma memorandumu və 2 niyyət protokolu imzalanıb. Son dövrlər ölkələrimizin regionları arasında da işgüzar münasibətlərin genişlənməsi müşahidə olunur. KOBİA Türkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstək mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır.

Səfər zamanı həmçinin KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcuk arasında görüş keçirilib.