Növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq formalaşdırılıb. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərdə yeni yaradılmış dairə seçki məntəqələri digərlərinə nümunə ola bilər.
"Respublika" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, ilk olaraq həmin seçki məntəqələri lazımı avadanlıqlarla təchiz edilib.