Müdafiə sənayesi sahəsində əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyin qarantıdır
Siyasət

Müdafiə sənayesi sahəsində əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyin qarantıdır

Dünyada Azərbaycan-Türkiyə münasibətləri hər bir dövlət üçün mükəmməl örnəkdir. Bu iki dövlət yaxşı gündə , pis gündə biri-birilərinin yanındadırlar. Azərbaycan Türkiyə arasındakı münasibətlər ölkə rəhbərlərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dinamik inkişaf edir. Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün mühüm rol oynayır münasibətlərin inkişafına güclü təsir göstərir.

Cənubi Qafqazdakı destabil vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığı vacib edən amillərdir. Təkcə Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından da hərbi əməkdaşlıq olduqca böyük önəm kəsb edir. İki ölkə arasındakı hərbi əməkdaşlığın əsası 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə ilə qoyulmuşdur. Bu anlaşmanın nəticəsi kimi bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlının hərbi təhsil alması reallığa çevrilmişdir. 2000-ci il 20 sentyabr tarixində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması isə XXI əsrdə Azərbaycan Türkiyənin hərbi gücünü dünyaya nümayiş etmişdir. 2010-cu il sentyabrın 15- imzalanan "Azərbaycan Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəltmişdir. Ümumilikdə, Türkiyə Azərbaycan arasında qarşılıqlı səfərlər tədbirlər çərçivəsində hərbi müdafiə sənayesi sahələrini əhatə edən 20-dən çox görüş olmuş, 30-a yaxın qarşılıqlı səfərlər reallaşdırılmışdır.

2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş" bu sahədəki yeniliklərin növbəti mərhələsidir. Bu sazişin imzalanmasından əvvəl qardaş ölkələrin müdafiə sənayesinin yerli milli məhsulları qarşılıqlı şəkildə istifadə edilmiş ikili əməkdaşlıq gücləndirilmişdir. Qeyd etmək lazımdır ki, təsdiq edilən sazişə əsasən bundan sonra birgə müdafiə sənayesi müəssisələrinin yaradılması onların ixrac potensialının təmin edilməsi üçün daha münbit şərait yaradılır Azərbaycan Türkiyənin ASELSAN, TUSAŞ, BMC, ROKETSAN, STM, FHSS, HAVELSAN kimi dünyanın ilk 100 nəhəng şirkəti arasında yer alan müdafiə sənayesi üzrə təcrübə əldə edə biləcək. Türkiyənin pilotsuz vasitələr sahəsində fəaliyyət göstərən şirkətlərindən STM ilk 100 şirkət arasında yer alır, yeni qurulan yüksək perspektivli "Baykar" şirkətinin populyarlığı isə gün keçdikcə daha da artır.

Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il iyunun 15- imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxmışdır. Bu baxımdan, Şuşa Bəyannaməsi müstəsna siyasi tarixi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Prezident İlham Əliyev Qars müqaviləsini xatırlatdı bildirdi ki, uzun illər sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə gələcək işbirliyinin istiqamətini göstərir. Prezident İlham Əliyev Bəyannamədə qarşılıqlı hərbi yardım göstərmək haqqında bəndi vurğulamaqla bu sənədin məhz müdafiə sahəsində ciddi perspektivləri özündə əks etdirən razılaşma olduğunu diqqətə çatdırmışdır. Şuşa Qarabağın tacı, İkinci Qarabağ müharibəsində son nöqtənin qoyulduğu tarixi ərazi bütün türk dünyasının qəlbidir.

Bu gün Azərbaycanla Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etməkdədir. İki qardaş ölkə xarici siyasət sahəsində vahid mövqedən çıxış edir. Bununla yanaşı, Cənubi Qafqazda inkişaf, sabitlik təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan tandemi olduqca önəmli əbədidir.

Azərbaycan Türkiyənin ərsəyə gətirdiyi texnoloji yeniliklərin, müdafiə sənayesindəki yeni ixtiraların dünyaya təqdimatında "TEKNOFEST" aerokosmik texnologiya festivalının əhəmiyyəti olduqca böyükdür. Bir çox ölkələrin iştirakı onların texnoloji yeniliklərinin sərgilənməsi ilə geniş əhatə dairəsinə sahib olan festivalda qardaş ölkələrin birliyi bütün dünyaya bəyan edilir, iki ölkənin ərsəyə gətirdiyi texnoloji yeniliklər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Xüsusilə qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin müdafiə sənayesinin inventarı qələbimizi daha da mümkün etmişdir. Sentyabr ayının 27- başlayan Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində bir neçə silah sisteminin uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan vermişdir. Bu yeni silah sistemlərindən ən effektivi Türkiyənin "Baykar Savunma" şirkətinin istehsalı olan "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatıdır. Məhz bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST"dəki çıxışında bildirdi: "Türkiyə, onun Cümhurbaşkanı, qardaş türk xalqı daim bizim yanımızda idi. İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım, Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları birmənalı Azərbaycanı dəstəkləmişdir. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizə əlavə güc verdi, əlavə ruh verdi". Eləcə , "France 24" telekanalına müsahibəsində Prezident İlham Əliyev Türkiyədən əldə edilən PUA-lar vasitəsilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasının məhv edildiyini dünya ictimaiyyətinə çatdırmışdır. Hərbi əməliyyatların sonrakı günlərində TB2 SPUA-ları ROKETSAN şirkətinin istehsalı olan MAM-L MAM-C ağıllı sursatlarla döyüş meydanında düşmənin aralarında müxtəlif zenit-raket kompleksləri olmaqla, 200-dən çox hərbi texnikasını, silah sistemini, çox sayda canlı qüvvəsini məhv etmişdir.

Yanvarın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Nəsil Fırtına Haubitsalarının təqdimat mərasimində qeyd edib ki, "Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu hazırda Liviyada həyata keçirdiyi missiya müharibə texnikalarını dəyişir". Türkiyə PUA-ları dünya sıralamasında ilk yerlərdədir bununla yanaşı, haubitsalar da Türkiyənin gücünə güc qatacaq, istifadəyə verilən texnika dosta güvən, düşmənə gözdağı olacaq. Cümhurbaşqanının sözlərinə görə, Türkiyə müdafiə sənayesinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək. Belə ki, ötən il Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracı 4 milyard 400 milyon dollar olaraq rekord həddə çatmışdır.

İki dövlət, bir millət, bir yumruq olan bu ölkələrin əsas hədəfi regional olaraq təhlükəsizliyi təmin etmək beynəlxalq məkandakı nüfuz dairələrini genişləndirməkdir. Məhz bu çərçivədə görülən işlər - Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişafı, Türkiyə müdafiə sənayesinin gücü anti-Türk dairələrini ciddi şəkildə narahat edir, bədnam qüvvələr bu birliyi qısqanır. Əsasən , düşmənə gözdağı olan hərbi təlimlərin keçirilməsi bu dairələrə əsaslı mesajdır. Bu il 16 birgə hərbi təlimin keçiriləcəyi planlaşdırılıb ki, bunun da 6- artıq baş tutub. Bugünkü dünyada güc amilinin ön plana çıxdığını nəzərə alsaq bu, olduqca önəmlidir. Danılmaz faktdır ki, beynəlxalq hüquq işləmir ikili standartlar əsasında qərarlar, qətnamələr qəbul edilir. Azərbaycan bunun acı reallığını 30 illik işğal dönəmində görmüşdür. Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərindən qoşunlarını çıxarmaqla bağlı aparılan müzakirələr, danışıqlar heç bir nəticə verməmişdir. Nəticədə isə tarixi ədalət güclü Azərbaycan ordusu tərəfindən bərpa edilmişdir.

Qardaş ölkədə baş tutan son parlament prezident seçkilərində "Cümhur İttifaqı" Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın parlaq qələbəsi Azərbaycanda da böyük sevinclə qarşılandı. Bu mənada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidən sonra Azərbaycana səfəri mühüm əhəmiyyət daşımaqla yanaşı, bütün dünyanın diqqətində idi. Prezident İlham Əliyevin 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar birgə bəyanatında vermiş olduğu mesajlar bu baxımdan olduqca vacibdir. Bu, iki qardaş ölkənin birliyini ifadə etməklə yanaşı, qarşıda duran əsas hədəflərin ifadəsi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana səfəri iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının təzahürüdür bu, bir ənənəyə çevrilib.

Heç şübhəsiz, zaman keçdikcə real güc mərkəzinə çevrilmiş Türkiyə-Azərbaycan əməkdaşlığı getdikcə regionun təhlükəsizliyinə inkişafına daha böyük töhfələr verəcək, regional məsələlərdə olduğu kimi, beynəlxalq kontekstdə öz aktivliyini artıracaq.

Nurlan ABDALOV,

"Respublika".