Onları ətraf mühitin mühafizəsi ideyası birləşdirib
Digər xəbərlər

Onları ətraf mühitin mühafizəsi ideyası birləşdirib

Ermənistanda revanşist qüvvələr öz xalqını yenidən müharibəyə sürükləyir, saxta və yalan məlumatlar yayılır, hələ də mövcud reallıqla, məğlubiyyətlə barışmaq istəmirlər. Xankəndidə fəaliyyət göstərən saytlar, televiziya və radio, çap mətbuatı, sosial şəbəkələr demək olar ki, hər gün "Artsax respublikası", "blokada", "həyat yolu", "mübarizə", "gələcək xoşbəxt həyat" ifadələrini tutuquşu kimi təkrarlayır, sağlam düşüncəyə malik olan erməniləri iki yol ayrıcında saxlayır. Azərbaycan nağılında deyildiyi kimi, ermənilər bilmirlər it hürən tərəfə, yoxsa işıq gələn tərəfə getsinlər. Əslində, seçim erməni əhalinin öz əlindədir, bir il əvvəl "xilaskar" kimi qəbul etdikləri R.Vardanyan onlara ağır həyat şəraiti, səfalət, qıtlıq, ümidsizlik gətirdi, indi də erməni bicliyi ilə Xankəndidə ərzaq talonu oyununu ortalığa atıb. Erməni hiyləgərliyi və bicliyi ilə guya Laçın-Xankəndi yolunun bağlı olması görüntüsü yaratmağa çalışırlar.

Məlum olduğu kimi, bir aydan çoxdur ki, Qarabağ iqtisadi rayonu ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Talançı, oğru Vardanyan və onun əlaltıları "həyat yolu"nun bağlı olmasını iddia edirlər ki, bu da yalan, iftiradır. Təkcə ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə, mülki ermənilərə məxsus, ümumilikdə 40-a yaxın avtomobil maneəsiz hərəkət edib. İndi həmin təxribatçılara xatırladırıq ki, "blokada" olan yoldan gün ərzində onlarla yük maşınının keçməsi azərbaycanlı dinc etirazçıların humanistliyinin göstəricisidir, azərbaycanlı heç zaman erməni qadını və uşağı öldürməyib, sülhsevər xalqımıza böhtan atan daşnaklar isə azərbaycanlı olduqları üçün qocaları, uşaqları, xəstələri qətlə yetiriblər. Xunta rejiminin sabun köpüyünə bənzəyən yalan və böhtanları məqsədli və qəsdən törədilir.

Tarix də sübut edir ki, iftira, böhtan, qarayaxma, saxtakarlıq ermənilərin xislətindədir. Özlərindən başqa heç bir xalqı bəyənməyən, faşist təfəkkürü ilə "ali irq" olduqlarını düşünən, hamının bunlara borclu olduğunu həyasızlıqla dilə gətirən, Nuhun gəmisinin onların dağına dəydiyini utanmadan deyən, saxta tarix quraşdıran, başqasının torpağında məskunlaşan ermənilərin qaranlıq və xəbis niyyətləri qonşularına faciədən başqa heç nə gətirməyib. Etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolunda olan gürcüstanlı bloger Tamuna Mumladze deyir ki, neçə vaxtdır ki, buradayam. Maşınların hərəkətinə icazə verilir. Hələ ki, hərəkətin qarşısının alındığını görməmişəm. Azərbaycanlı ekofəalların etirazları haqlıdır. Dünyada heç kim ekologiyanın pisləşməsini, ona ziyan dəyməsini istəmir. Ümumiyyətlə, nəinki mən, bütün dünya ekoloji terrora qarşıdır. Qeyd edək ki, T.Mumladze Xankəndi-Laçın yolunda aksiyanı işıqlandırmaq üçün Gürcüstandan Azərbaycana gəlib. O, yanvarın 18-də Şuşaya gedib və aksiyanın gedişatını izləyib. Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, Bakı Yəhudi Məktəbinin direktoru, ravvin Zamir İsayev deyir ki, yanvarın 18-də azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanı izlədim. Azərbaycan yəhudiləri vətənimizin sərvətlərinin talan olmasına qarşıdır. Mənim bura gəlməkdə məqsədim ekofəallarımızı dəstəkləməkdir. Azərbaycan yəhudiləri daim Azərbaycanın yanındadır. Hər bir Azərbaycan vətəndaşı kimi, yəhudilər də vətənimizin sərvətlərinin talan olmasına qarşıdır. Bu yoldan Rusiya sülhməramlılarına məxsus humanitar məqsədli avtomobillər sərbəst olaraq, maneəsiz keçir. İnanıram ki, ekofəallar məqsədinə nail olacaq. Çünki bura Azərbaycan torpağıdır, bu sərvətlər Azərbaycanın sərvətləridir. Bunu heç kəs bizdən icazəsiz ölkədən çıxara, istismar edə bilməz. Burada çox sivil, sakit etiraz var. Təkcə bu gün yoldan içində sadə erməni vətəndaşları olan 20-dən çox avtomobil keçib.

Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların aksiyasını izləyən kanadalı jurnalist Deyv Qordon deyib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçılarını ətraf mühitin mühafizəsi ideyası birləşdirir. Aksiya iştirakçılarının ətraf mühitin mühafizəsi ideyasına sadiqliyinin şahidi oldum. Vətənini, təbiətini sevən bu fədakar insanlar gələcək naminə ən yaxşısını arzulayırlar. Xankəndi-Laçın yolunda mən heç bir problem görmədim, heç kim heç nəyə mane olmurdu. İnsanların hansı blokadadan danışdığını başa düşə bilmirəm, çünki mən orada bunun şahidi olmadım.

Belə misalların sayı istənilən qədərdir. Haqqı, həqiqəti sevən və müdafiə edən insanlar ermənilərin yalan hay-küyünə inanmırlar, Vardanyan və Arutyunyanın başladıqları bu qara və piar təbliğat yalnız bir məqsəd güdür. Talançıların məqsədi Azərbaycanın təbii sərvətlərini oğurlamaq, satmaq, "millət necə tarac olur, olsun nə vecimizə" deyərək erməni əhalini bataqlığa gömməkdir. Erməni yalanları heç bir hədd tanımır. Yuxarıda qeyd etdiyim kimi, Xankəndidə fəaliyyət göstərən erməni informasiya qaynaqları azərbaycanlıların üzərinə çamur atmaqla erməniləri çaşdırırlar. "Artsax respublikasının insan haqları müdafiəçisi" Qeqam Stepanyan da onlara züy tutur. Bu "hüquq müdafiəçisi" hay salır ki, Rusiya sülhməramlı kontingentin hərbçilərinin müşayiəti ilə Gorusdan Xankəndiyə gətirilən erməni uşaqlarının əyləşdiyi maşın etiraz aksiyası keçirənlər tərəfindən saxlanılıb, 10-15 nəfər fotoaparatlı azərbaycanlı uşaqların şəklini çəkəndə onlar bərk qorxublar, hətta, bir uşaq huşunu itirib. Bu erməni saxtakar bilmir ki, sülhməramlıların maşınları həmin yerdən yoxlanılmadan və dayanmadan keçirlər, yalanı elə quraşdırın ki, ona inanan tapılsın, bu sərsəmləməyə yalnız xunta rejimi inanar. Bu yalan və böhtanlar bir daha onu göstərir ki, ermənilərin azərbaycanlılara qarşı etnik nifrəti sərhəd tanımır, ona görə də erməni cinayətkarları və təxribatçıları Azərbaycan qanunları qarşısında mütləq cavab verəcəklər.

Ermənistanın keçmiş prezidentləri, əlləri xalqımızın qanına bulaşan R.Köçəryan və Serjik Sərkisyanın hakimiyyəti dövründə işğalda saxladıqları Azərbaycan torpaqlarında yerüstü və yeraltı sərvətlərimiz vəhşiliklə talan edilib, flora və faunaya çox ciddi zərbələr vurulub. Əfsuslar olsun ki, özünü dünyaya "məzlum", "yazıq", "aciz xalq" kimi təqdim edən ermənilər həmin gözəl və bərəkətli meşələri, çayları, ormanları, təbii abidələri ekoloji terrora məruz qoyublar. Təəssüf ki, otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınıb. Ekofəalların da əsas tələbi odur ki, bu cinayətlər cəzasız qalmasın...

Salman ALIOĞLU,

"Respublika".