Ötən ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb
Digər xəbərlər

Ötən ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Ötən ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

“Respublika”ya Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, cari ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 milyon manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 5,149 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62 faizini təşkil edib.