Qubadlıda sursat aşkarlanıb
SİYASƏT

Qubadlıda sursat aşkarlanıb

Qubadlı rayonunda sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Respublika"-ya verilən məlumata görə, Qubadlı rayonunun Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkarlanıb. Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tapdıqları 7 əl qumbarasını, 4 mərmini, 5 minə yaxın patron və digər sursatları aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.