“Rəqəmsal insan hüquqları resurs xəritəsi” istifadəyə verilib
Digər xəbərlər

“Rəqəmsal insan hüquqları resurs xəritəsi” istifadəyə verilib

Hüquq və İnsan Haqları İnstitutunun və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) birgə əməkdaşlığı ilə “Rəqəmsal insan hüquqları resurs xəritəsi” istifadəyə verilib.

Barədə verilən məlumata görə, “Rəqəmsal insan hüquqları resurs xəritəsi” Azərbaycanın şəhər və regionlarında insan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və yerli strukturların əlaqə vasitələrini interaktiv xəritə üzərində tərtib etməklə, bu məlumatların insanlar üçün daha əlçatan olmasını təmin edir.

“Rəqəmsal insan hüquqları resurs xəritəsi”ndə ümumilikdə 74 şəhər (rayon) üzrə insan hüquqlarının müdafiəsi sahəsində xidmət göstərən qurumlar – 115 məhkəmə, 83 prokurorluq orqanı, 83 polis idarəsi, 33 cəzaçəkmə müəssisəsi, 3216 QHT, 39 mediasiya təşkilatı, 64 uşaq evi və sığınacaq, 13 ruhi-əsəb dispanseri və 132 vəkil bürosu barədə məlumatlar yer alıb. Rəqəmsal xəritənin informasiya bazasına daxil olan məlumatların mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

İnstitutun rəsmi veb səhifəsinə (https://lhri.az/az/virtual-map) daxil olmaqla “Rəqəmsal insan hüquqları resurs xəritəsi”ndən istifadə etmək olar.

“Respublika”.