Milli Müdafiə Universitetində elmi-praktik konfrans
Digər xəbərlər

Milli Müdafiə Universitetində elmi-praktik konfrans

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.

29 aprel 2023-cü il tarixində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Tarixin və zamanın fövqündə dayanan zirvə" mövzusunda elmi-praktik konfrans keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilir.

Milli Müdafiə Universitetinin zabit, professor və müəllim heyətinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğunda müasir hərb elminin inkişafına nail olunduğunu qeyd ediblər.

Konfransda, həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda elmi məruzələr təqdim edilib.

Əli SADIQOV,

“Respublika”.