Təhsil sahəsində əlaqələr genişlənir
Siyasət

Təhsil sahəsində əlaqələr genişlənir

"Müzakirə olunan məsələlərdən biri təhsil sahəsi ilə bağlıdır. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ öz həllini tapacaq bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bildirib.

Təhsil hər bir millətin gələcəyi olmaqla, həm strateji sahədir. Azərbaycan dövləti hər zaman bu sahəni prioritet hesab edib. Ölkə üçün lazımlı mütəxəssislərin hazırlanması, güclü kadr potensialının formalaşdırılması ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin bütün dövrlərində diqqət mərkəzində olub. Hələ sovet dönəmində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin respublikadan kənara ali təhsil almağa göndərilməsinə başlanmışdı. Ötən əsrin 60- illərinin sonlarına qədər Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına maneələr yaradıldığı, müəyyən hədd qoyulduğu halda, Heydər Əliyevin hakimiyyətə gəlişindən az sonra hər il ittifaqın nüfuzlu təhsil ocaqlarına ən gərəkli ixtisaslar üzrə oxumaq üçün 1400-ə qədər gənc göndərilirdi.

Təsadüfi deyil ki, cənab İlham Əliyev ölkə başçısı seçildikdən sonra da təhsil sahəsinin inkişafı ön planda oldu. Dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" Sərəncamına əsasən azərbaycanlı gənclərin ABŞ, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə tədbirlər görüldü bu işlər bu gün davam etdirilir. Təhsil sahəsində Azərbaycanla Türkiyə arasında əməkdaşlıq isə daha böyük önəm kəsb edir.

Ümumiyyətlə, görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı gələcək inkişafında önəmlidir. Təbii ki, bu uğurların reallaşdırılmasında hər iki ölkənin dövlət hökumət başçılarının, eləcə siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri mühüm rol oynayır. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri sırasında elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan, yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

Türkiyə Respublikasının təhsil naziri Mahmut Özerin Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün bu ilin yanvarında ölkəmizə səfəri çərçivəsində onları videokonfrans formatında qəbul edən Prezident İlham Əliyev təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirərək Azərbaycan-Türkiyə birgə universitetlərinin yaradılmasının böyük önəm daşıdığını deyib. Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini bildirən Mahmut Özer Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.

Bu gün Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faiz çoxdur. Türkiyədə isə 23 mindən artıq Azərbaycan vətəndaşı təhsil alır. Bir əsrlik tarixə malik olan Qazi Universiteti ilə yerli ali təhsil müəssisələrimizin imzaladıqları əməkdaşlıq müqavilələri aparılan müzakirələr Azərbaycan ilə Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verir. Birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi mütəxəssislərin cəlb olunması sahəsində əlaqələr daha da genişləndirilir. Təhsil sahəsində səmərəli, fəal əməkdaşlıq, qarşılıqlı inam, etimad dəstəyə əsaslanan ardıcıl mövqe, fəaliyyət ölkələr arasında elmin, təhsilin inkişafına xidmət edir.

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq da inkişaf etdirilir. Bu il aprelin 14- Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları tərəfindən Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini professor Serdar Salman, Quru Qoşunları Hərbi İnstitutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selcuk Akar Hərbi Hava Qüvvələri İnstitutunun rəisi general-mayor Ender Kartalla keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ayrılmış yerlərin sayının artırılması s. mövzularda fikir mübadilələri aparılıb. Həmçinin adları qeyd olunan institutların "Qərargah zabitinin hazırlığı" "Qərargahın idarəedilməsi" kurslarında, Milli Müdafiə Universitetində magistratura doktorantura pilləsində təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş keçirilib. Hərbi qulluqçuların təlim-tədris şəraiti, nizam-intizamı imtahan nəticələri barədə söhbət aparılıb, müvafiq göstərişlər verilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Zümrüd QURBANQIZI,

"Respublika".