“Tikmədim özüm qalam, tikdim ki izim qala
Digər xəbərlər

“Tikmədim özüm qalam, tikdim ki izim qala"

Azərbaycanın yol-nəqliyyat infrastrukturunun inkişafında böyük uğurlara imza atmış, inşaatçı-mühəndis ömrü yaşamış tanınmış alim, texnika elmləri doktoru, professor, "Şöhrət" ordenli Əli Əliyev çağdaş nəsillər üçün əsl nümunə örnək kadrlardandır. Doğru deyirlər ki, dünyaya gələn hər bir insanın öz ömür yolu olur. Əli müəllimin həyat yolu mənalı keçib, zəhmətə qatlaşıb, qurub-yaradıb, xeyirxah əməllər sahibi olub.

Əli Musa oğlu Əliyev 1933- il may ayının 20- Ermənistan Respublikasının Vedi rayonunun Dəhnəz kəndində anadan olmuşdur. Atası Musa kişi erməni daşnaklarına qarşı barışmaz mövqeyi ilə seçilmişdir. O, Abbasqulu bəy Şadlinskinin "Qırmızı Taboru"nda batalyon komandiri kimi mənfur erməni daşnaklarına qarşı mübarizə aparmışdır. 1937-ci ildə sovet hökuməti tərəfindən "xalq düşməni" adı altında tutularaq həbsxanaya göndərilən Musa kişinin ailəsi Qazaxıstan Respublikasının Cambul vilayətinə sürgün edilmişdir. Valideynləri ilə birlikdə Qazaxıstana sürgün edildikdən sonra uşaqlıq məktəb illəri burada keçən Əli müəllim 1947-ci ildə Sverdlov rayonunun Mixaylovsk orta məktəbini bitirərək Frunze Sənaye Texnikumunun "Şəhər yollarının körpülərin tikintisi" fakültəsinə daxil olmuş, 1953- ildə oranı başa vurmuşdur. Həmin il Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin "Yolmühəndistikinti" trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmışdır. Ümumittifaq miqyasında ən böyük layihələrin tikintisində fəal iştirak etmişdir. 1955-ci ilin dekabr ayından 1958-ci ilin mart ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olmuş, sonradan Bakıya köçmələri ilə əlaqədar təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş oranı 1965-ci ildə bitirmişdir. 1972-ci ildə Bakı şəhərində yeni yaradılmış "Xüsusiləşdirilmiş yol tresti" rəis təyin edilmişdir. Əli müəllim istehsalat fəaliyyəti ilə bərabər, elmi axtarışlarla məşğul olmuş, 1973- ildə "Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1984- ildə isə "Asfalt-betonun regenerasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Onun elmi fəaliyyətinə nəzər yetirdikdə bir alim kimi verdiyi töhfələr diqqət çəkir. Professor Əli müəllimin təklif etdiyi aktivləşdirilmiş mineral tozlardan istifadə etməklə asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya hazırda bir sıra MDB ölkələrində avtomobil yollarının aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur.

1985-ci ildə Əli müəllim istehsalatdan ayrılmadan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Avtomobil yolları, körpü tunellər" kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. 1989-cu ildə Avtomobil yolları, körpü tunellər kafedrası üzrə professor alimlik dərəcəsi almışdır. Əli müəllim həm Ali Attestasiya Komissiyasının elmi şurasının üzvü idi. Professor Ə.Əliyevin rəhbərliyi altında "Azərbaycan Respublikasında asfalt-beton örtüklü yol aerodrom geyimlərinin tikintisi üzrə Rəhbərlik" texniki-normativ sənədi hazırlanmış Dövlət Tikinti Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş, 01 iyun 2004- il tarixdən qüvvəyə minmişdir.

Ə.Əliyevin 100-ə qədər elmi işi, 3 monoqrafiyası, "Yol-tikinti materialları" adlı dərsliyi, "Yol aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi üzrə Təlimat", "Yol-tikinti materialları", "Avtomobil yollarının aerodromların tikintisi" (4 cilddə), "Nəqliyyat magistrallarının tikintisinin əsasları", "Yol aerodrom tikintisi materiallarının struktur formalaşması" s. kitabları çap edilmişdir. O, 25-dən çox ixtira patentin müəllifidir. Əli müəllimin həyatı elmi-praktiki yaradıcılığı haqqında Azərbaycan, türk, rus ingilis dillərində çoxsaylı monoqrafiyalar yazılmışdır.

2005-ci ilin iyulunda Qırğızıstan hökumətinin dəvəti ilə qardaş respublikada olan professor Əli Əliyevin şərəfinə Narın çayı üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə "Qırğızıstan-Azərbaycan Dostluq Körpüsü" adı verilmiş korpünün üzərinə xatirə lövhəsi vurulmuşdur.

Əli müəllim "Qırmızı Əmək Bayrağı" ordeni ilə, bir çox medallarla Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 9 aprel 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Əli Musa oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Əli müəllim 1999-cu ilin dekabrından 23 aprel 2016- ilədək yaratdığı "AzVirt" MMC-nin baş direktoru vəzifəsində çalışmışdır. Doğru deyiblər ki, ata sənəti oğula çörəkdir. Bu gün Əli müəllimin yolunu oğlu Kamil müəllim uğurla davam etdirir. Kamil müəllimin rəhbərlik etdiyi "AzVirt" MMC yarandığı gündən bugünədək yüksəkkeyfiyyətli çoxşaxəli fəaliyyəti ilə öz məqsədinə çatmışdır. "AzVirt" şirkəti ilə bu gün əməkdaşlıq edən yüzlərlə insan qazanılmış təcrübə sayəsində ölkənin sosial iqtisadi inkişafına töhfə verir. Şirkətin əsas fəaliyyət sahəsi gələcəyə aparan ölkənin əbədi sərvəti olan avtomobil yolları, aerodromlar körpülər kimi mühüm infrastruktur layihələrinin yerinə yetirilməsidir. "AzVirt" şirkəti, ətraf mühitin mühafizəsi qaydalarına riayət işləri yüksək keyfiyyətlə icra edərək, bütün tikinti obyektlərində sağlam təhlükəsiz əmək şəraiti yaratmışdır. Şirkət beynəlxalq səviyyəli kompleks layihələr gerçəkləşdirmiş Serbiya, Bosniya Herseqovina, Ukrayna, Qırğızıstan kimi xarici ölkələrdə uğur qazanmışdır.

"AzVirt" Azərbaycanın böyük tanınmış yol tikinti şirkətlərindən biri kimi ötən müddət ərzində regionda nəqliyyat infrastrukturunun inkişafı üçün getdikcə artan tələbləri qarşılamaq məqsədilə sürətlə böyüyüb fəaliyyət dairəsini genişləndirib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Qarabağda abadlıq-quruculuq, yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına başlanılmışdır. Qarabağın işğaldan azad olunduqdan sonra qısa müddət ərzində "AzVirt" MMC "Zəfər yolu"nun tikintisini başa çatdırmışdır. Daha sonra Füzuli Zəngilan beynəlxalq hava limanlarının tikintisini həyata keçirərək Prezident cənab İlham Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olmuşdur.

Laçın Beynəlxalq Hava Limanı şirkətin işğaldan azad edilən ərazilərdə inşa etdiyi sayca 3- nəhəng layihədir. Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu hava nəqliyyatı infrastruktur layihəsinin önəminə toxunmuş "Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir", - deyərək "AzVirt"in inşaatda iştirakını yüksək dəyərləndirmişdir.

Laçın Beynəlxalq Hava Limanının 2024- ilin sonu, 2025-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda hava limanlarının tikintisində ixtisaslaşmış şirkət olaraq "AzVirt" MMC Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni uçuş-enmə zolağının, Yeni Aerovağzal Kompleksinin, eləcə Gəncə, Lənkəran, Zaqatala Qəbələ Beynəlxalq Hava limanlarının infrastruktur layihələrinin tikintisində iştirak edib.

Hazırda şirkət mühəndisi baxımdan mürəkkəbliyi ilə seçilən layihələrdən biri Kəlbəcər-Laçın avtomobil yolunun 38-76- km-lik hissəsinin tikintisini həyata keçirir. Bundan başqa, Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut avtomobil yollarının tikintisində podratçı təşkilat kimi iştirak edir. "Zəfər Yolu"nun 17 km-lik hissəsi isə inşa olunaraq təhvil verilib.

 Bu gün Əli müəllim yaşasaydı, 90 illik yubileyini doğmaları arasında qeyd edəcəkdi. Amma... Artıq yeddi ildir ki, Əli müəllim onu tanıyanların qəlbində özünə əbədi yuva salıb. Xatirələri yada düşdükcə adı hörmətlə anılır. O öz xeyirxah əməlləri ilə insanların yaddaşlarında silinməz izlər qoyub.

Müşfiq CƏFƏROV,

"Respublika".