TÜRKPA nümayəndəsi: Seçki prosesində böyük coşqu yaşandığını görürük
Gündəm

TÜRKPA nümayəndəsi: Seçki prosesində böyük coşqu yaşandığını görürük

Şuşada olmaqdan çox məmnunuq. İşğaldan azad olunduqdan sonra burada keçirilən seçki prosesində böyük coşqu yaşandığını görürük.

Bunu Şuşa şəhərində AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında prezident seçkilərinin gedişini izləyən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi Tahir Akyürek söyləyib. "Seçici fəallığının şahidi olduq. Gözəl təşkilatçılıq var. Seçkilərin Azərbaycan xalqı üçün, Türk dünyası üçün xeyirli olmasını diləyirik", - deyə TÜRKPA nümayəndəsi bildirib.