Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir
Gündəm

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Türk dövlətləri arasında əlaqələr intensivləşməkdə davam edir. Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası və hökumətlərarası əlaqələrimiz yüksək səviyyədədir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycanda dövlət səfərində olması, paytaxt Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı da bunu bir daha təsdiqləyir.

"Respublika" xəbər verir ki, bu fikirləri Qırğızıstanın Joqorku Keneşin (parlament) Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Lurova Leyla aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında səsləndirib.

Türk İnvestisiya Fondunun təsis olunmasının əhəmiyyətindən danışan Qırğızıstan parlamentarisi bunun Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi əlaqələr baxımından mövcud potensialdan səmərəli istifadəyə imkan verəcəyini qeyd edib.

Qırğızıstan parlamentarisi türk dövlətləri arasında nəqliyyat əlaqələrinin də möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.