Ulu Öndərin ölməz ideyaları Prokurorluğun da uğurlarını şərtləndirmişdir
Siyasət

Ulu Öndərin ölməz ideyaları Prokurorluğun da uğurlarını şərtləndirmişdir

Azərbaycan xalqının təkidli xahişi ilə 15 iyun 1993- il tarixdə ikinci dəfə siyasi hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə həyata keçirilmiş köklü islahatlar, o cümlədən iqtisadi islahatlar, ölkəmizdə paralel olaraq bütün sahələrin, eləcə hüquq sahəsinin tərəqqisinə zəmin yaratdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sürətlə inkişaf etməyə başlayan ölkəmizdə hər şey müsbətə doğru dəyişdi tərəqqi dövrü başladı.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən quruldu, onun dövlətçiliyə xalqa sədaqəti ilə seçilən peşəkar kadr korpusu formalaşdırıldı prokurorluq dövlətin mühüm sütunlarından birinə çevrildi. Bununla da Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları da müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun layiqli yerini tutdu.

Müdrik lider Heydər Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələri dəyərli göstərişləri əsasında Azərbaycan Respublikasının Prokurorluq orqanlarında müasir tələblərə uyğun yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa digər qanun pozuntularına qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur. Həyata keçirilən möhtəşəm islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin qəbul edilməsi onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibi hərtərəfli inkişaf etmiş, zəngin biliyə malik, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan komplektləşdirilmiş perspektivli kadrlarla mütəmadi olaraq yenilənmə təcrübəsi formalaşmışdır.

Xeyirxah rəhbər Heydər Əliyevin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisini fərəhləndirməklə, onlarda böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur.

Qürurvericidir ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran yeni müstəvidə inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın rifahının hərtərəfli yaxşılaşdırılmasına, eləcə insan hüquqlarının azadlıqlarının qorunmasına yönələn müdrik siyasəti öz bəhrəsini verməkdə davam edir. Ölkəmizdə aparılan ardıcıl sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan daha da güclənmiş, beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiqli yerini tutmuşdur.

Sonsuz təşəkkür hissləri ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan prokurorluğa, o cümlədən hərbi prokurorluğa hərtərəfli diqqət qayğı göstərilməsi ənənəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.

2020-ci ildə ölkə başçısı cənab İlham Əliyev Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru, Xanlar Vəliyevi isə yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru təyin etmişdir. Möhtərəm Prezident İlham Əliyevin 2020-ci ilin may ayının 1- Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni tərəqqi dövrü başlamışdır.

Belə ki, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə aparılan islahatların davamı olaraq, ölkə Prezidentinin göstəriş tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluqda əsaslı struktur kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, ədalətli meyarlara şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi onun siyasi iradəsi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun da yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir.

Prezident İlham Əliyev 2020-ci ildə ədliyyə general-leytenantı Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin etməsi Hərbi Prokurorluğa, onun rəhbərliyinə kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürü olmuşdur. Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqında" 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinə verilən növbəti yüksək dəyərin təcəssümü olmuşdur.

Onu da qeyd etmək zəruridir ki, Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Prezident İlham Əliyev demişdir: "...Prokurorluq orqanlarının işçiləri bundan sonra da vətənə ləyaqətlə xidmət etsinlər bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları qanunun aliliyi təmin edilsin...". Cənab Prezidentin dediyi bütün dəyərli tövsiyələri ali tapşırıqları fəaliyyətində rəhbər tutan Azərbaycan Prokurorluğunun əməkdaşları bu gün Konstitusiya qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərini ləyaqətlə həyata keçirərək ölkəmizdə dövlətçiliyin qanunçuluğun qorunmasına, eləcə möhkəmlənməsinə xidmət edir, respublikamızda qanunun aliliyi təmin olunur qanunlara ciddi riayət edilir. Həmçinin Azərbaycan vətəndaşlarının hüquq azadlıqları daha etibarlı qorunur. Qeyd etmək lazımdır ki, prokurorluğun uğurlarının davamlılığını təmin etmək üçün son dövrlər bu orqanda daha əlverişli işgüzar mühitin yaradılması sayəsində işçilərin yüksək əhvali-ruhiyyədə olması bununla da işin səmərəliliyinin artması dövlət orqanları sırasında prokurorluğun nüfuzunun daha da yüksəlməsi ilə nəticələnmişdir. Prokurorluqda hüquqi islahatların sürətləndirilməsi, qısa zaman kəsiyi ərzində bu sahədə nailiyyətlər əldə olunmasında göstərilən prinsipiallıq hamı tərəfindən bəyənilmiş yüksək qiymətləndirilmişdir. Cinayət hadisələri üzrə istintaqın aparılmasında, cinayətkarların müəyyən edilib məsuliyyətə cəlb olunmasında layiq olduqları cəzalara məhkum edilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının da xidmətləri danılmazdır. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prokurorluğu əməkdaşlarının müstəqil dövlətimiz xalqımız qarşısındakı xidmətlərinə, Azərbaycan Respublikasında dövlətçiliyin qorunmasındakı, sabitliyin təmin edilməsindəki, mürəkkəb çoxepizodlu cinayət işlərinin, eləcə xüsusi təhlükəli dövləti cinayətlərin istintaqının yüksək peşəkarlıqla aparılmasındakı fəaliyyətlərinə cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymət verilmiş, prokurorluğun əməkdaşları orden medallarla təltif edilmişdir.

Azərbaycan Prokurorluğu orqanları son dövrlər daxili işlər, ədliyyə digər hüquq-mühafizə orqanları, həmçinin məhkəmə ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsi məqsədilə işgüzar əlaqələri daha da intensivləşdirmişdir.

Göründüyü kimi, Ulu Öndərin hakimiyyətə qayıdışından bu günədək olan dövr ərzində prokurorluğa olan dövlət qayğısı hər zaman hiss edilmiş, bu da prokurorluq işçilərini həvəsləndirməklə bərabər, onların xidməti vəzifələrinin icrası zamanı daha məsuliyyətli olmaları ilə nəticələnmişdir. Eyni zamanda böyük tarixi şəxsiyyətin ölməz ideyaları prokurorluğun, o cümlədən hərbi prokurorluğun uğurlarını şərtləndirmiş fəaliyyətlərində daim həmin ideyaları rəhbər tutan prokurorluq əməkdaşları ardıcıl nailiyyətlərə imza atmaqdadırlar.

Hümmət MƏMMƏDOV,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun

Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət

Şöbəsinin rəisi, ədliyyə polkovniki.