“Tass”: Azərbaycan və Ermənistan XİN başçıları arasında Almatıda danışıqlar olacaq
Siyasət

“Tass”: Azərbaycan və Ermənistan XİN başçıları arasında Almatıda danışıqlar olacaq

“Tass” yazır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almatıda keçirilən görüşdə iştirak edəcəklər. Bu barədə TASS-a Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək”, - deyə Smadiyarov bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında uzunmüddətli sülhün yaradılmasının vacibliyini qeyd edib. Tokayev, həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.