Ulu Öndərlə bağlı tədbirlər
İqtisadiyyat

Ulu Öndərlə bağlı tədbirlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının “101 illiyi və 2024 – Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “AzərEnerji” tərəfindən silsilə tədbirlər keçirilir.

“AzərEnerji”-nin mətbuat xidmətinin verdiyi məlumata görə ölkənin bir çox ərazilərində yerləşən enerji obyektlərində həyata keçirilən ağacəkmə aksiyasının davamı olaraq “Qobu” Enerji Qovşağının ərazisində də ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır.

Ağacəkmə aksiyasından sonra Ulu Öndərin anadan olmasının 101 illiyi ilə bağlı “Qobu” Enerji Qovşağının akt zalında tədbir keçirilib.

“Respublika”.