Unudulmur şəhidlər!
Sosial həyat

Unudulmur şəhidlər!

Azərbaycan eşqi ilə yanırlar,

Bu sevgini candan əziz sanırlar,

Odur ki, onları daim anırlar,

Heç bir zaman unudulmur şəhidlər...

 

Cəsarətli, şərəfli yol seçirlər,

Vətən üçün canlarından keçirlər,

Bu səbəbdən ürəklərə köçürlər,

Heç bir zaman unudulmur şəhidlər...

 

Tarixlərə silinməz iz salırlar,

Əbədilik yaddaşlarda qalırlar,

Nəsillər onlardan ibrət alırlar,

Heç bir zaman unudulmur şəhidlər...

 

Düşmənin başına od ələyirlər,

Millətin ruhuna nur çiləyirlər,

Müqəddəs zirvəni fəth eləyirlər,

Heç bir zaman unudulmur şəhidlər...

Firad FUADOĞLU.