Vüqar Bayramov:
Gündəm

Vüqar Bayramov: "Sülhə gedən yol terrorun məhv edilməsindən keçir"

"Hər bir dövlət kimi Azərbaycanın da öz ərazisində terrorçuları məhv etmək kimi suveren hüququ var".

"Respublika" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz rəsmi "X" (Twitter) hesabında paylaşım edib. 

"Nə qədər ki, Qarabağda 10 min qeyri-qanuni erməni ordusu var, Qafqazda sülh olmayacaq. Sülhə gedən yol terrorun məhv edilməsindən keçir",- deyə deputat bildirib.

Töhfə SƏMƏDOVA,

"Respublika".