Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb
Gündəm

Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 11-də Xankəndi şəhəri ərazisində xeyli sayda silah-sursat aşkarlanıb.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb.

Bildirilib ki, 13 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 27 ədəd qumbara, 20 ədəd qumbara alışdırıcısı, 7 ədəd müxtəlif markalı tüfəng, 83 ədəd patron darağı, 3663 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.