XİN: Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik
Digər xəbərlər

XİN: Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik

Ermənistan silahlı qüvvələrinin iyunun 15- Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hərbi təxribatını qətiyyətlə pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır.

"Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaqdır.

Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə Ermənistanı bölgədə sülhə sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq", - deyə XİN-in bəyanatında vurğulanıb.