Xocavənd: yeni mövsümə hazırlıq
Region

Xocavənd: yeni mövsümə hazırlıq

Baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər. Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə artırılması rayon sakinlərinin bu sahəyə marağını daha da artırıb. Hər şeydən əvvəl, baramaçılığın inkişafı yerləri, əlavə qazanc yaxşı güzəran deməkdir. Xocavəndlilər hələ ötən əsrin 70-80-ci illərindən baramaçılıqla məşğul olublar, bu sahədə yaxşı təcrübə qazanıblar. Qarşıdan gələn yeni mövsümlə əlaqədar Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd Rayon İcra Hakimiyyətində baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə rayon icra hakimiyyətinin, idarə, müəssisə təşkilatların rəhbərləri, inzibati-ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov müşavirədə çıxış edərək bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamına əsasən təsdiqlənmiş "Azərbaycan Respublikasında baramaçılığın ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Xocavənd rayonunda da bu sahədə irəliləyişin olduğunu qeyd edən rayon rəhbəri baramaçılıq sahəsində görülmüş işlər qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, son illərdə respublikamızda baramaçılığın inkişafına dair dövlət başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunmuş qərarlar Xocavənd rayonunda baramaçılığın dirçəldilməsinə böyük təkan verib. Belə ki, 2022-ci ildə rayonda 1432 kiloqram yaş barama istehsal olunub. Yaradılan yem bazasına görə bu il barama istehsalını 2000 kiloqrama çatdırmaq nəzərdə tutulub.

Baramaçılıqda mühüm əhəmiyyət kəsb edən kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına aqrotexniki qayda da qulluq edilməsi barama istehsalı ilə məşğul olan fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Çıxış edənlər ölkəmizdə kənd təsərrüfatının, xüsusilə pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün fındıqçılığın inkişafına göstərilən diqqət qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Müşavirədə baramaçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

S.BABAYEV,

"Respublika".