İQTİSADİYYAT

"Caspian Agro" sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar

Bakı Ekspo Mərkəzində 16- Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro 2023") sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə "Aqrar İnnovasiyalar Forumu" adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri davam edir.

Bununla əlaqədar verilən məlumatda qeyd olunur ki, sərginin ikinci günündə ilk panel sessiya "Bitkiçilikdə məhsuldarlığı şərtləndirən aqrotexniki həllər innovativ yanaşmalar" mövzusuna həsr olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, dövlətin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində aqrar sahə davamlı inkişaf edir. Bununla belə, bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendləri dəyərləndirmək, kənd təsərrüfatı məhsullarının istehsalını günümüzün çağırışlarına uyğun qurmaq vacibdir. Belə ki, kənd təsərrüfatı sırf təbiətlə bağlı sahə olduğu üçün qlobal iqlim dəyişikliyinin bu sahəyə neqativ təsiri getdikcə artmaqdadır. Artıq ənənəvi əkinçilik üsullarının qlobal iqlim dəyişikliyinin təsirlərinə dayanıqlılığı zəifləyir. Buna görə "ənənəvi kənd təsərrüfatı istehsalı modeli"ndən "təsərrüfatın müasir idarəedilməsi" keçid günün əsas tələblərindən birinə çevrilir.

Panel sessiyalarda çıxış edən mütəxəssislər torpaq su resurslarından səmərəli istifadə ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə gələcəyin əkinçiliyi kimi qəbul edilən resurs qoruyucu torpaqbecərmə üsullarının, xüsusilə iqlim dəyişikliyinin mənfi təsiri suvarma suyu qıtlığı ilə üzləşən ölkələrdə kənd təsərrüfatının dayanıqlı inkişafında rolu vurğulanıb. Tədbirdə torpaqların aqrokimyəvi analizi, quraqlığa davamlı sortların yaradılması, qabaqcıl suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Daha sonra sərgi çərçivəsində "Azərbaycanda bağçılıq istixana tərəvəzçiliyinin inkişafı: nailiyyətlər, perspektivlər innovasiyalar", "Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar", "Rəqəmsal kənd təsərrüfatı: Startapların rolu", "Kənd təsərrüfatının inkişafında assosiasiyaların rolu", "Aqrar-sənaye kompleksinin modernləşdirilməsində yeni mexanizmlər" mövzularında panel sessiyalar keçirilib.

Qeyd olunub ki, aqrar sahədə rəqəmsallaşma, yüksək texnologiyaların, innovativ yeniliklərin tətbiqi iqlim dəyişikliklərinin təsirinin minimuma endirilməsində mühüm rol oynayır. Bütün dünyada olduğu kimi Azərbaycanda da iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir.

Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır.

Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Mustafa KAMAL,

Respublika”.