DSMF: fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb
İqtisadiyyat

DSMF: fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Bu ilin mart ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 14 860 vahid və ya 0,74 faiz artaraq 2,036 milyon vahid təşkil edib.

Bu barədə "Respublika" ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 2 559, fiziki şəxslər üzrə 10 889, torpaq mülkiyyətçiləri üzrə isə 1 412 vahid artıb.