FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib
Digər xəbərlər

FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib

Yanvarın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komissiya sədrinin müavini, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələrdən danışılıb. İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

AZƏRTAC