Kamil Quliyev: Gimnastlarımızın builki çıxışı ötənilki proqramdan çətinliyi ilə fərqlənir
MÜSAHİBƏLƏR

Kamil Quliyev: Gimnastlarımızın builki çıxışı ötənilki proqramdan çətinliyi ilə fərqlənir

Çempionat bizim üçün uğurlu alındı. Doğma arenada çıxış etmək həmişə çətindir. Düzü, birinci yer haqqında düşünmürəm. Sadəcə, öz işimi görürəm.

AZƏRTAC xəbər verir ki, bu fikri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatında üç lent iki topla yarışda qızıl medal qazanan Azərbaycanın qrup hərəkətləri komandasının məşqçisi Siyana Vasileva mayın 22- Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında deyib.

Avropa çempionu Zeynəb Hümmətova isə qeyd edib ki, artıq üç ildir eyni komandada çıxış edirlər bir-birlərini yaxşı tanıyırlar. Komandanın üzvləri həmişə bir-birinə dəstək olur. Birimizin kefi yaxşı olmayanda, bu, digərinə təsir edir. Bunun üçün həmişə yaxşı olmağa çalışırıq bu, bizim çıxışımıza da təsir edir.

Komandanın digər üzvü Güllü Ağalarzadə bildirib ki, həmişə əhvali-ruhiyyəmizi yüksək tutmağa çalışırıq. Avropa çempionatı zamanı əlimizdən gələni etməyə çalışdıq. Bundan sonra daha yaxşısına nail olmağa çalışacağıq.

Qitə çempionatında topla yarışda bürünc mükafata sahib olan Zöhrə Ağamirova məqsədinin proqramlarını səhvsiz yerinə yetirmək olduğunu deyərək vurğulayıb ki, çox şey alınmadı. Avropa çempionatına ciddi hazırlaşmışdım. Maksimumu etməyə çalışdım. Şadam ki, medal qazana bildim. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya məni qrup hərəkətləri komandasını təbrik etməsinə görə minnətdarlığımı bildirərəm. Onun bizi təbrik etməsinə görə çox şadıq.

Məşqçi-xoreoqraf Kamil Quliyev komandanın çıxışı hazırlanan zaman çətinliklə yanaşı, artistizmə böyük önəm verildiyini xatırladaraq deyib: "Nəzər salsaq görərik ki, komandamız çıxışı zamanı artistizmə görə yüksək xal alıb. Gimnastlarımızın builki çıxışı ötənilki proqramdan çətinliyi ilə fərqlənir. Bunun nəticəsidir ki, komandamız Avropa çempionu oldu çoxnövçülükdə bürünc medal qazandı. Ümid edirəm ki, qızlarımız dünya çempionatında daha yaxşı çıxış edəcəklər".

Qeyd edək ki, gənc bədii gimnastlardan ibarət qrup komandamız Avropa çempionatında çoxnövçülükdə beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.

Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Ağamirova Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnastdır.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan Darya Sorokinanın üç lent iki topla hərəkətlərin icrasında yiyələndiyi Avropa çempionluğu ölkəmizin gimnastika tarixində qrup komandamızın qitə çempionatında qazandığı ilk qızıl medaldır.

Xatırladaq ki, "Ulduz kimi parla" şüarı ilə keçirilən Avropa çempionatında 38 ölkədən 315 gimnast (böyüklər - 191, gənclər 124) mübarizə aparıb.