1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Sosial həyat

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların həyat və sağlamlığının mühafizəsini, sağlam inkişafını, ekoloji təhlükəsizliyini təmin edən şərait yaratmaq hər birimizin borcudur.

Onların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır.

TƏBİB-in məlumatında bildirilir ki, qurumun tabeliyində olan tibb müəssisələrində 2022-2023-cü illər ərzində 2,5 milyon (2 457 588) uşağa tibbi xidmət göstərilib, 60 mindən çox (60 736) uşaq isə cərrahi əməliyyat olunub.

“Respublika”.