TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi Sizi, “Dəftərxana və təsərrüfat  mallarının alınması üzrə” açıq tenderdə iştirak etməyə dəvət edir

Tender sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər www.etender.gov.az dövlət satınalmaların vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olaraq ətraflı məlumat əldə edə və müsabiqədə iştirak üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar 100 (yüz) manat məbləğində (heç bir halda geri qaytarılmır) iştirak haqqını ödədikdən sonra tenderin “Əsas şərtlər toplusu”nu Portal vasitəsilə əldə edə bilərlər.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Emitent

Bankın adı - Dövlət Xəzinədarlıq Agentliyi

Bankın kodu - 210005

VÖEN - 1401555071

M/h - AZ41NABZ01360100000000003944

SWİFT - CTREAZ22

Alan - Cənub Ərazi Baş Gömrük İdarəsi

VÖEN - 4100019441

H/h - AZ25CTRE00000000000002242602

Büdcə səviyyəsinin kodu -142330 ( 7 - səviyyə)

İddiaçılar ixtisas uyğunluğu göstəriciləri ilə bağlı aşağıda qeyd edilən sənədləri və məlumatları 30 avqust 2021-ci il saat 15:00-dək Portal vasitəsilə  təqdim etməlidirlər:

1. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olmasının sənədli sübutu

2. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

3. Tenderdə iştirak haqqının ödənilməsi ilə bağlı bank sənədi

4. Tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

5. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərfin açıldığı gündən ən azı 60 gün qüvvədə olmalıdır)

6. Son başa çatmış maliyyə ilində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri

7. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin cari ildə təsdiq edilmiş surəti, hüquqi şəxsin dövlət reyestrindən çıxarışının cari ildə təsdiq edilmiş surəti

8. Hüquqi şəxsin nizamnaməsinin cari ildə təsdiq edilmiş surəti

9. Vergilərə və digər icbari ödənişlərə, o cümlədən sosial sığorta ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqda müvafiq səlahiyyətli orqanın arayışı (tender elanından sonrakı tarixə)

10. Son başa çatmış maliyyə ilində maliyyə dövriyyəsini əks etdirən və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi

11. Satınalma prosedurunun başlamasından əvvəlki 5 (beş) il ərzində özlərinin və ya işlərini idarə edənlərin, qulluqçuların peşəkar fəaliyyəti, yaxud satınalma müqaviləsinin bağlanılması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum edilməməsi, müflis elan olunmaması, əmlakı üstünə həbs qoyulmaması, ödənişə yönələn girovu olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamasının təsdiqi kimi məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində tərtib edilməlidir (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçı tenderlə bağlı sualları Portal və ya əlaqələndirici şəxs: Rzayev Hicran (tel.: 025-295-34-69) vasitəsilə satınalan təşkilata ünvanlaya bilər.

İddiaçılar tender təkliflərini Portal vasitəsilə 07 sentyabr 2021-ci il saat 15:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaqdır.

Tender təklifləri 08 sentyabr 2021-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron Portal vasitəsilə izləyə bilər.


Ədliyyə Nazirliyi Penitensiar Xidməti 1 saylı cəzaçəkmə müəssisəsi 2021-ci ildə yumşaq inventarların satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR

Yumşaq inventarların alınması;

Yumşaq inventarların alınması ilin sonunadək başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçılar 50 (əlli ) manat məbləğində pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

Dövlət Xəzinədarlıq Agentliyinin 4 saylı Xəzinədarlıq İdarəsi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT CTREAZ22

Alanın adı: Ədliyyə nazirliyi Penitensiar Xidməti 1 saylı cəzaçəkmə müəssisəsi

Alanın vöeni: 1700246911

Alanın hesabı:AZ63CTRE00000000000002477911

D 3. Büdcə təsnifatının kodu: 142593

D 4. Büdcə səviyyəsinin kodu: 3 fond 3

Təyinat: Büdcədən kənar

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün Qanunun 28.1-ci maddəsində uyğun olaraq, 23.08.2021-ci il saat 12:00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər.

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

3.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

4.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

5.Tender təklifi dəyərinin 1 (bir) %-i həcmində bank təminatı

6.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

7.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

8.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

9.İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

10.Sənədlər azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri azərbaycan dilinə tərcümə olunmalıdır, notariat qaydada təsdiq edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

11. Tender təklifi ilə bank təminatı sənədlərini 31.08.2021-ci il saat 12:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.

12. İddiaçıların təklifləri 01.09.2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə elektron Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada elektron portal vasitəsilə aparılır.