ELAN
Reklam və elanlar

ELAN

Azərbaycan Texniki Universiteti 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları"ndan çıxarış

Qeyd: 2022-ci ildə Doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 5 aprel tarixindən başlayacaqdır. Sənəd qəbulu üçün son tarix 5 may 2022-ci ildir.

DİM tərəfindən təsdiq olunan qrafikə əsasən doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanının 12 iyun 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Xarici dil imtahanından keçid balı (25 bal) toplayan iddiaçılar fəlsəfədən 1, 2, 5 sentyabr 2022-ci il tarixlərində keçiriləcək qəbul imtahanına buraxılacaqlar. Fəlsəfə imtahanından məqbul alanlar 12, 13 sentyabr 2022-ci il tarixlərində ixtisasdan qəbul imtahanlarına buraxılacaqlar.

Texniki və iqtisadiyyat yönümlü ixtisaslar üçün fəlsəfə fənnindən qəbul imtahanlarının Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, ixtisasdan qəbul imtahanlarının isə Azərbaycan Texniki Universitetində keçirilməsi nəzərdə tutulmuşdur.

İddiaçıların nəzərinə çatdırılır ki, cari ildə Azərbaycan Texniki Universitetində təhsilalan II kurs magistrantlar və universitet əməkdaşları üçün DİM-in təsdiq etdiyi proqrama əsasən xarici dildən hazırlıq kursları təşkil edilmişdir.

Xarici dildən keçirilən qəbul imtahanlarından müvəffəq qiymət alanlar üçün ötən ildə olduğu kimi cari ildə də fəlsəfə fənnindən iyul-avqust aylarında onlayn olaraq hazırlıq kursları təşkil ediləcəkdir.

Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər Azərbaycan Texniki Universitetinin Yüksək Təhsil İnstitutuna müraciət edə bilərlər.

Telefon: (012) 539-12-41.