Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Müstəqil Azərbaycan Respublikası yaşayacaq demokratiya prinsipləri, insan azadlığı, iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır.

***

Dövlət quruculuğunda nəinki tarixi milli ənənələrimiz nəzərə alınır, həm dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.

 

Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.

Vladimir PUTİN,

Rusiya Federasiyasının prezidenti.

 

Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.

Əhməd Necdət SEZƏR,

Türkiyə Respublikasının sabiq prezidenti.

 

Azərbaycanın müstəqilliyinin təşəkkülündə möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.

İslam KƏRİMOV,

Özbəkistan Respublikasının

sabiq prezidenti.

 

Heydər Əliyev bütün həyatını doğma xalqına, öz ana Vətəninə fədakarcasına xidmətə həsr etmişdir. Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış qiymətləndirmişlər.

Vladimir VORONİN,

Moldova Respublikasının sabiq prezidenti.

 

 

Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil suverən Azərbaycanın çiçəklənməsi tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz səmimi hörmət qazandırmışdır.

Emoməli RƏHMON,

Tacikistan Respublikasının prezidenti.

 

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüsdür.

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının sabiq prezidenti.

 

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Azərbaycan, Əfqanıstan İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.

Corc BUŞ,

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti.

 

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Toni BLEYER,

Böyük Britaniyanın sabiq Baş naziri.