GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

Kiyan XİYAV

1970-ci ildə Xiyov şəhərində anadan olmuş, ibtidai orta təhsilini burada başa vurmuşdur. Ali təhsilini Təbriz Universitetində aldıqdan sonra şəhərdə müvafiq tapa bilmədiyinə görə, Tehrana getmişdir. Əsgəri xidmətdə olmuş, Miyananın Xonəç bölgəsində 5 il müəllim işləmişdir. Hazırda adı dəyişdirilərək rəsmən Meşkinşəhər olan Xiyov şəhərində yaşayır fars dili müəllimi işləyir.

İlk şeirləri "Varlıq" "Yol" dərgilərində işıq üzü görmüşdür. Şeir hekayələri ölkə daxilində xaricdə çap olunmuşdur. Doqquz poemanın müəllifidir.

Türkcədən farscaya, farscadan türkcəyə hekayə şeirlər tərcümə edir.

 

Araz yarasI

Aşıq-aşıq göyərir bağrım üstə saz yarası

sazda bir Qarabağlıq yanır Hicaz yarası.

sızım-sızım hələ sızlayır Xəzər ürəyi

göyün-göyün hələ göynəyir Araz, yarası.

haçansa bir kağıza bir qələm çəkib bir qol

qələm-qələm hələ qan verir kağız yarası.

sağalsa da yeri qalmış döşümdəki yaranın

bir gözlərimə qovrulur qotaz yarası.

gülüm, gözündəki üsyan qılıncını öyrən

baxışlarında əgər toxtayıbsa naz yarası.

elə əsib bura pistikli bir payız küləyi

tökübdü bağça-bağın üz-gözü ayaz yarası.

qışın əlindədir dəsmal, ah, budur ki, belə

daha yay yarası bağlanır, yaz yarası.

qəzəl qərənfilinin yarpağın basın yarama

ki, qoşma-qoşma yanır köksüm üstə saz yarası...

 

Rəsul QƏDİRİ

Çağdaş dövr Güney Azərbaycan ədəbiyyatının ünlü simalarında biri - modernist şair Rəsul Qədiri 1969-cu il fevralın 7- Təbriz şəhərində dünyaya göz açıb. Rəsul Qədiri ilk orta təhsilini Miyanada alıb. 1989-cu ildə isə Tehran Tibb Universitetinə daxil olub. Çağdaş dövrün meqapolisləri sırasında ön cərgədə olan Tehranda özünü dərk etməyə, çevrəsini, acılı-şirinli dünyanı tanımağa başlayıb... 1993- ildə Binab şəhər xəstəxanasında əsgəri xidmətdə olub.

Tələbəlik illərində dostlarının təşəbbüsü ilə qurulmuş "Azərbaycan türkcəsi dil bilgisi" kurslarında iştirak edib prof.dr. Hüseyn Məhəmmədzadə Sədiqdən dərs alıb. O illərdə Quzey Azərbaycanın müstəqilliyini əldə etməsi, Ermənistanın Azərbaycana qarşı yersiz, haqsız torpaq iddialarının sonunda Dağlıq Qarabağ uğrunda müharibənin başlanması, bu savaşda yaralananlardan bir qisminin mərhum dr. Cavad Heyətin yardımı ilə Tehran xəstəxanalarına gətirilib müalicə edilməsi yaralı soydaşlarını görüb onlarla davamlı ünsiyyətdə olması gənc Rəsulun ruhunda fırtınalar qoparıb. 1991-ci ildən bədii yaradıcılıqla məşğul olmağa başlayıb. 2016- ilin əvvəllərində "Gül axıtdı" adlı ilk hekayələr kitabı işıq üzü görüb. Kitaba onun iyirmi üç adda kiçik həcmli  hekayələri daxil edilib.

 

"ƏZİZ ŞUŞA,

SƏN AZADSAN"

"Qarabağ" bir yara idi hamımızın ürəyində!

Qarabağı düşünəndə,

bütöv idi Azərbaycan Güney-Quzey seçilmədən

Vətəni tən düşünərsək,

ürəyiydi otuz illik əsir torpaq

Ayrılmışdı Azərbaycan bədənindən can Qarabağ,

Zorla,

Nahaq

1990-larda,

döyülərək qovulmuşdu Qarabağdan qarı, qoca

Gəlin, uşaq

Soyulmuşdu var-yoxları qovularaq

Qış günündə,

Qar üstündə,

Qovularkən sürgünlərdən alınmışdı paltarları,

tərlikləri acımadan

Dirənəni öldürmüşdü ermənilər

Evlərini insanları içindəkən,

yandırmışdı insanlığa qara ləkə olan dığa

Ah Xocalı,

Vay Xocalı.

Unutmadıq yerdə qalmış intiqamı

Unutmadı millətimiz

Unutmadı başı uca dövlətimiz.

Sursatını toplayırdı

Dost-düşməni sınayırdı otuz ildə Azərbaycan.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.