VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirir
Mədəniyyət

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirir

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini sessiyalarla davam etdirir.

"Respublika" xəbər verir ki, “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda təşkil olunan birinci plenar sessiyaya Koventri Universitetinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru, professor Mayk Hardi moderatorluq edir.

UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos sessiyada açılış nitqi ilə çıxış edib.

Plenar sessiyada BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev, Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi Jan Kristof Bas, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Qladin Papin, Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson, ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesaka və Satyarthi Qlobal Şəfqət Hərəkatının icraçı direktoru xanım Asmita Satyarthi məruzələrlə çıxış edəcəklər.