Qarabağda ekoloji  terrora son qoyulmalıdır
Digər xəbərlər

Qarabağda ekoloji  terrora son qoyulmalıdır

2022-ci il dekabr ayının 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisində ekofəallar, QHT nümayəndələri, idman cəmiyyətləri könüllülərin iştirakı ilə  başlayan aksiya 130 gündür ki, davam edir. Təəssüflər olsun ki, dörd aydan artıqdır baş tutan aksiyada iştirakçıların tələbləri hələ yerinə yetirilməyib. Lakin aksiyaya toplaşanlar ilk gündə olduğu kimi, yüksək əhvali-ruhiyyədə etirazlarını davam etdirirlər. Hər gün olduğu kimi, iştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiyanın keçirilməsinə səbəb həmin il dekabrın 3- 7- İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların ermənipərəst mövqeyi səbəbindən monitorinq baş tutmamışdı. Bundan sonra əraziyə toplaşan ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başlayıblar. Aksiya iştirakçıları "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" şüarları səsləndirirlər. Aksiyaların başladığı ilk gündən etibarən dəhlizin humanitar məqsədlər üçün istifadəsinə heç bir maneçilik göstərilməyib. Erməni məkrliyi azərbaycanlıların keçirdiyi bu dinc aksiyada da özünü göstərmişdi. "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar edən ermənilər bu qanunsuzluqla yanaşı, Azərbaycan tərəfini məhkəməyə vermişlər. Fevralın 22- Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bu iddia rədd edilmişdi. Sülhməramlı kontingentin 10 noyabr Bəyanatından sonra bu ərazilərə gəlməsindən ürəklənən separatçılar humanitar yoldan sui-istifadə edərək həm Azərbaycanın sərvətlərini talan edir, həm qanunsuz olaraq silahlanırdılar. Bu baxımdan ekofəallar bəzi qanunsuz hərəkətlərin qarşısını almağa müvəffəq olublar. Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının dinc aksiyaya başladığı gündən indiyə qədər Rusiya sülhməramlılarının Beynəlxalq Qırmızı Xaç Komitəsinin minlərlə avtomobilləri hər iki istiqamətdə maneəsiz hərəkət edir.

Musa BAĞIRLI,

"Respublika".