AZƏRBAYCAN dünya  mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya  mediasında

Europa Press: "Azərbaycan Prezidenti Qarabağ ermənilərini Azərbaycan vətəndaşlığını

almağa ya ərazini tərk etməyə çağırır"

İspaniyanın xəbər saytı "Europa Press" Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ bölgəsində yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə ya əksinə, ərazini tərk edib özlərinə başqa yaşayış yeri tapmağa çağırması ilə əlaqədar məlumat yayıb. Məlumatda Prezident İlham Əliyevin Azərbaycanın Qarabağın erməni əhalisinə tam azadlıq verdiyini bildirdiyi qeyd olunub: "Biz dəfələrlə bəyan etmişik ki, heç bir ölkə ilə daxili işlərimizi müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir".

 

CNN: Azərbaycanda bir il: Yaz Qran-Prisindən xizək macəralarına qədər

Amerikanın CNN multimedia agentliyi Azərbaycanın sosial, mədəni, irsi tarixi zənginliyi ilə bağlı məqalə yayımlayıb. Paylaşılan yazıda Formula-1 Azərbaycan Qran-Prisinin keçirildiyi ərəfədə Qafqazın mərkəzində yerləşən Azərbaycanın maddi-mədəni irsinin araşdırılmasının vacibliyi vurğulanıb: "Alovlu bulaqlardan dağ yamaclarından tutmuş səliqəli sahil xəttinə qədər Odlar Yurdu kimi tanınan ölkə ecazkar coğrafiyaya malikdir". Məqalədə Bakının 12-ci əsrə aid Qız Qalası, Şirvanşahlar Sarayı, məscid hamamları barədə geniş məlumat verilib. Müasir memarlıq abidələri olaraq isə Alov Qüllələri Heydər Əliyev Mərkəzi göstərilib.

 

Anadolu Agentliyi: Azərbaycan ilə Bosniya Herseqovina münasibətlərində yeni dövr

Türkiyənin məşhur "Anadolu Agentliyi" Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçlə görüşü ilə bağlı məlumat yayımlayıb. Məlumatda ölkə başçımızın Bosniya Herseqovina ilə münasibətlərdə yeni dövrün başlaması ilə bağlı səsləndirdiyi fikirlər yer alıb. Yazıda, Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsində dəstəyə görə Bosniya Herseqovinaya təşəkkürü, həmçinin iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikirləri öz əksini tapıb: "Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir". Məlumatda Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin bəyanatı yer alıb. Jelka Tsviyanoviç dövlətimizin başçısının bu səfərini yeni dövrün başlanğıcı kimi qiymətləndirib. Daha sonra iki ölkə arasında strateji əməkdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.

 

Hürriyyət: Azərbaycan Laçın dəhlizinin başlanğıcında yaratdığı sərhəd-keçid məntəqəsində bayrağını qaldırıb

Hürriyyət xəbər saytı Azərbaycan Dövlət Sərhəd Xidməti qoşunlarının Laçın-Xankəndi yolunun başlanğıcında (Laçın dəhlizi) Ermənistanla şərti sərhəddə yaratdığı sərhəd-keçid məntəqəsində keçirilən mərasimlə bağlı xəbər paylaşıb. Xəbərdə deyilir ki, keçirilən mərasimdə Azərbaycan bayrağı qaldırılıb.

Yazıda qeyd olunur ki, mərasimdən sonra Azərbaycan Prezidenti İlham Əliyevə: "Möhtərəm Prezident, möhtərəm Ali Baş Komandan, sizin göstərişinizə əsasən, qürur rəmzimiz olan üçrəngli Dövlət bayrağımız Azərbaycan-Ermənistan dövlət sərhədində Həkəri çayı üzərindəki körpüdə dalğalanacaq. Bununla da vətənimizin sərhədlərinin bütövlüyü təmin edilib. Yaşasın Azərbaycan, Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!", - deyə raport verilib.

Xatırladaq ki, aprelin 23- Laçın dəhlizinin başlanğıcında Ermənistandan Azərbaycan ərazisinə qanunsuz erməni silahlı birləşmələrinə canlı qüvvə, sursat, mina digər hərbi yüklərin daşınmasının qarşısını almaq üçün sərhəd-keçid məntəqəsi yaradılıb.

 

Business Press News: Azərbaycan Avropanın10 ölkəsini qazla təmin edəcək

Gürcüstanın Business Press News xəbər saytı Azərbaycan Prezidentinin Bolqarıstana səfəri ilə bağlı xəbər dərc edib. Sözügedən yazıda bildirilir ki, Sofiyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazır olduğunu deyib.

Onun sözlərinə görə, hazırda qaz Azərbaycandan Gürcüstan, Türkiyə, Bolqarıstan İtaliyaya verilir bu il Rumıniyaya da qaz nəqlinə başlanılacaq. İlham Əliyev eyni zamanda deyib ki, bütün sistemlərarası qaz kəmərləri uğurla işləsə, ilin sonuna kimi həm Macarıstan, həm Slovakiya Azərbaycan qazını alacaq: "Ümid edirik ki, biz gələcəkdə təkcə 6 deyil, 10 Avropa dövlətini qazla təmin edəcəyik", - deyə İlham Əliyev bəyan edib.

Bolqarıstanın qaz nəqliyyat sisteminin operatorları arasında anlaşma əməkdaşlıq memorandumunun rəsmi imzalanması mərasimi olub. Bu operatorlar sırasına Bulgartransgaz, Rumıniyanın Transgaz, Macarıstanın FGSZ, Slovakiyanın Eustream Azərbaycanın dövlət neft şirkəti SOCAR daxildir. Sənəd ölkələrinə təbii qaz təchizatını təmin etmək artırmaq məqsədi daşıyan "Həmrəylik halqası" birgə təşəbbüs çərçivəsində hazırlanıb.

İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə birlikdə Sofiyada SOCAR Dövlət Neft Şirkətinin ofisinin açılışında da iştirak edib.

 

"Hraparak": ABŞ sülh müqaviləsi imzalaması üçün İrəvana təzyiq edir

Ermənistanın müxalif "Hraparak" nəşri Azərbaycan Ermənistan arasındakı sülh prosesi barədə yazı dərc edib.

Məqalədə bildirilir ki, Birləşmiş Ştatlar Azərbaycan ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün Paşinyan hökumətinə təzyiq edir. Nəşrin məlumatına görə, Birləşmiş Ştatların dövlət katibinin köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sonuncu səfəri bununla bağlıdır. Yazıda o da qeyd olunub ki, Ermənistan sülh gündəliyindən uzaq olduğuna görə, Birləşmiş Ştatların İrəvana təzyiqləri artıracağı gözlənilir.

"Respublika".