DİM: 1300-dək namizəd rezidenturaya imtahan verəcək
Elm və təhsil

DİM: 1300-dək namizəd rezidenturaya imtahan verəcək

Mayın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirəcək.

DİM-dən "Respublika"ya bildirilib ki imtahanda 1274 namizəd iştirak edəcək. Onlardan 972 nəfəri Azərbaycan, 302 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 565 nəfəri oğlan, 709 nəfəri qızdır. 277 nəfər cari ilin, 526 nəfər əvvəlki illərin məzunudur. 471 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 18 nəfər xarici ölkə vətəndaşıdır.

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 122 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.