Dostun iftixarı, düşmənin kabusu
Siyasət

Dostun iftixarı, düşmənin kabusu

30 Aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Yaranma Günüdür

1999-cu il aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit gizirlərin iştirakı ilə qurulan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri mühüm rol oynayıb. Sonralar Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri daha da təkmilləşdirilib.

"Bu gün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün , bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir". Bu fikirləri Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev ötən il Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının ildönümü münasibətilə "N" saylı hərbi hissədə şəxsi heyət qarşısında çıxışında deyib.

İlk dəfə 1997-ci ildən başlayan bu ənənə, 2016- ilin aprelində Vətən müharibəsində davam edib. Ümumiyyətlə, XTQ yaranandan sonra çoxsaylı əməliyyatlardan üzüağ çıxıb. Məhz buna görə Azərbaycan XTQ Ermənistan ordusunun ən qorxulu kabusu olub. Düşmənlərimiz XTQ-nin əsl gücünü ilk dəfə olaraq 2016- ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə gördülər. Həmin döyüşlərdən sonra düşmənlərimizin canına ruhuna XTQ kabusu ömürlük hakim kəsilib.

2020-ci il iyunun 20- yeni xüsusi təyinatlı birlik yaradılıb həmin il iyulun sonu avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan XTQ-nin bölmələri iştirak edib.

Xüsusi təyinatlıların bir çoxu Türkiyə Pakistan hərbi akademiyalarında təhsil alıb, müxtəlif sertifikatlara layiq görülüblər. Dəfələrlə ABŞ, Türkiyə Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təşkil olunan paradda Xüsusi Təyinatlı Qüvvələr keçid edib. Azərbaycanın Ali Baş Komandanı İham Əliyev daim XTQ-nin silahlanmasına, təchizatına təminatına xüsusi diqqət yetirir. Xüsusi Təyinatlı Qüvvələrimiz dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri texnikalara malikdir.

Vətən müharibəsinin gedişatında əldə olunan zəfərlə bərabər perspektiv planlar da müəyyənləşdirilib. Ali Baş Komandanın göstərişləri üzrə Azərbaycan ordusunda ciddi dəyişikliklər təqdir olunur. Daha çətin relyefi olan ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlarda iştirak edə bilmək üçün orduda bir sıra dəyişikliklərə zərurət yaranıb. Bunlardan başlıcası ən azından Xüsusi Təyinatlılar qədər döyüşə biləcək yeni birləşmələrin yaradılmasıdır. Uğurlu "Dəmir yumruq" əməliyyatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah hərbi texnika, bütün təminat növləri ilə təmin edilməsi barədə müvafiq göstərişlər verib. Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklər aparılıb ordunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri Milli Müdafiə Universiteti yaradılıb.

Hansı ki, bu gün komando birləşmələri XTQ ilə bərabər müştərək əməliyyatlarda iştirak edirlər. Bundan başqa, ordumuzda təchizat silah baxımından da yeniliklər varBu da daha çox hərbi hava qüvvələrinin inkişafı müasir texnoloji vasitələrin təminatı ilə əlaqədardır. Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin sayəsində əldə edilib. Bu müharibə bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi savaş hesab olunur. İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qəhrəmanlığı ilə yaddaşlarda qaldı. Bu qüvvələr Cəbrayıl şəhərini ətraf kəndləri düşməndən azad edib. Xüsusi təyinatlılar Şuşa şəhərinin azad edilməsində müstəsna rol oynayıblar. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb. 8 noyabr 2020-ci il tarixində İlham Əliyev general Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib. Xatırladaq ki, XTQ- Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant  Hikmət Mirzəyev rəhbərlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradında müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət yüksək peşəkarlıq nümunələri göstərərəkxalqımıza Böyük Qələbənin sevincini yaşadan Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları da tribunanın önündən keçiblər.

Qeyd etdik ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri əsas rol oynayıb. Türkiyədə "Bordo beretli", "SAT/SAS", ABŞ-da "Reyncer", "Delta force", Rusiyada "Alfa", "Vımpel", "Delta", İsraildə "Amor", Böyük Britaniyada "Kommandos", "Skorpion", Finlandiyada "Yeger", Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group "A"), Azərbaycanda "Yarasa", "Qartal", "Şahin", "Vaşaq", "Əqrəb" s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Azərbaycan XTQ-si öz fəaliyyətində bir çox ölkələrin təcrübəsindən istifadə edir. Azərbaycan Xüsusi Təyinatlılarının hissə bölmələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi tabeliyində olan XTQ-dən Hərbi Dəniz Qüvvələrinin Dəniz Əməliyyatları Dəstəsindən, Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı hərbi hissələrindən, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı polis dəstələrindən, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlılarından Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölüklərindən ibarətdir. Onların hər biri Vətən müharibəsində digər birlik hissələrlə paralel olaraq özünəməxsus əməliyyatlar həyata keçirib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən Vətən müharibəsinin 30-dan çox iştirakçısı "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 2 nəfər "Zəfər" ordeni, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Xüsusi təyinatlı hissə bölmələr Ordumuzun ən hazırlıqlı bölmələridir. Türkiyə Silahlı Qüvvələrinin "bordo beretliləri" adətən "komandoların komandosu" kimi təqdim edilir. Biz orduda komandoların yeni yaranmasını nəzərə alsaq, təxminən eyni təqdimatı olduğu kimi qəbul edə bilərik. XTQ- daxil olan hissə bölmələrin döyüş hazırlığı, təlimləri bacarıqları digərlərindən fərqlənir. Bu bölmələrin tərkibinə daxil olan qruplar tamamilə kiçik zabitlərdən gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Kurslarda xüsusi təyinatlı olmaq istəyən namizədlərə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, assimetrik döyüş s. kimi hazırlıqlar üzrə təlim keçirilir. İxtisasartırma kurslarında isə onlara əlavə olaraq istehkam, dağ, dalğıc desant hazırlığı, müxtəlif yüngül ağır silahların öyrədilməsi həyata keçirilir. Xaricdə isə onlar əsasən hava desant, dağ, antiterror, psixoloji hazırlıq s. kimi kursların iştirakçısı olurlar. İstənilən halda əgər bir xüsusi təyinatlı hərbçimiz tünd qırmızı beretə layiq görülübsə, deməli o, artıq həm idmançı, həm peşəkar snayper, həm tibb personalı, həm əsl döyüşçüdür. Xüsusi təyinatlılarımız bir çoxu bir neçə xarici dildə, o cümlədən erməni dilində sərbəst danışa bilir. Xüsusi təyinatlılar insan ayağı dəyməyən ən çətin ərazilərdə, ən mürəkkəb tapşırıqları icra etmək üçün hazırlanır.

Ölkə başçısı vurğulayıb ki, ermənilər, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb çıxmayacaq. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə, Vətən müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı o cümlədən, xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı, indi seçim daha sərt maraq daha böyük, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir. Ona görə , qürurla, iftixarla deyilir ki, Xüsusi Təyinatlı Qüvvələr Azərbaycanın vuran qolugörən gözü, yenilməyən gücüdür.

Mustafa KAMAL,

"Respublika".