Qızıl Avropa Liqası: Kişi voleybolçulardan ibarət yığmanın heyəti açıqlanıb
İdman

Qızıl Avropa Liqası: Kişi voleybolçulardan ibarət yığmanın heyəti açıqlanıb

Qızıl Avropa Liqasında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından "Respublika"ya verilən məlumata görə, baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək yığmaya təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Qeyd edək ki, milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda baş tutacaq ilk turda millinin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.